Dünya

Fransada liseydə atışma: Şagird tutuldu - YENİLƏNİB

16 Mart 2017 17:23
0 Şərh     Baxış: 1 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:23

Qras şəhərindəki liseydə atəş açanın şagird olduğu müəyyən edilib. 

Milli.Az report.az-a istinadən bildirir ki, o, iki tapança və bir ov tüfəngi ilə silahlanıbmış.
Fransa hakimiyyəti bunun terror təhlükəsi olduğunu elan etsə də, məktəbdəki atışma terror deyil. 

Məlumata görə, hadisə ilə bağlı əvvəlcə bir məktəbli şübhəli şəxs qismində tutulub, o biri isə qaçıb.

--------

16:31

Fransanın Qras şəhərində liseydə atışma olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Təfərrüatlar barədə məlumat verilmir.

Qeyd edək ki, bu gün Parisdə Beynəlxalq Valyuta Fondunun ofisində partlayış olub. Ofisə göndərilmiş zərf açılarkən partlayış baş verib, bir nəfər xəsarət alıb.

Fransa Prezidenti Fransua Olland hadisəni terror aktı adlandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.