Dünya

Məşhur iş adamının OĞLU OĞURLANDI - Avtomobili yandırılmış halda tapıldı - VİDEO - FOTO

31 Yanvar 2017 13:35
0 Şərh     Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antaliyada keçmiş bələdiyyə üzvü və iş adamı İsmail Ertenin oğlu Süleyman Ertenin silahlı bir şəxs tərəfindən qaçırıldığıyla bağlı polisə məlumat verib.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, Aksu rayon Təhlükəsizlik İdarəsinə gələn iş adamı Erten 29 yaşlı oğlu Süleyman Ertenin dünən saat 10.00-dan bu yana xəbər ala bilmədiyini deyib. Ertenin müraciəti sonrası Antalya Təhlükəsizlik İdarəsinin əməkdaşları əməliyyata başlayıblar.

Avtomobili yanmış halda tapıldı

Bu məqamda Korkuteli qəsəbəsi Naldöken yolunda bir cipin yandığını görən vətəndaşlar, vəziyyəti xilasetmə və polis qruplarına bildirib. Hadisə yerinə gələn polislər, avtomobilin Süleyman Ertenə aid 06 FY 2514 nömrəli cip olduğunu müəyyən ediblər. Yanğın söndürüldükdən sonra avtomobildə cəsəd olmadığı təsbit edilib.

Erten oğlunun Aksu qəsəbəsinin Topallı kəndində 06 FY 2514 qeydiyyat nişanlı cipinə minərkən silahlı Ş.K. tərəfindən qaçırıldığını deyib. Oğlunu qaçıran adamın onlarla heç bir əlaqə qurmadığını yazan Erten: "Niyə qaçırıldığını bilmirəm. Oğlumla arasında bir problem varmı, onu da bilmirəm. Polis qrupları oğlumun izin tapmaq üçün çalışır. Ümid edirəm ki, bunu edənlər cəzasını çəkər", - deyib.

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur iş adamının OĞLU OĞURLANDI - Avtomobili yandırılmış halda tapıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.