Dünya

Kirayələdiyi evdə əvvəlcə qardaşı qızını, sonra özünü güllələdi - FOTO

25 Yanvar 2017 17:20
8 Şərh     Baxış: 7 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İzmirin Çiğli Mahalında cinayət əməlinə görə 2005-ci ildən məhbus həyatı yaşayan Turan Sərt qardaşı qızını qətlə yetirib.

Milli.Az DHA-ya istinadən xəbər verir ki, 5 ay əvvəl azadlığa çıxan 35 yaşlı Turan Sərt kirayəyə götürdüyü evdə qardaşı qızı 23 yaşlı Şeyma Soyuipəyi sinəsindən tapançayla vuraraq öldürüb. Sərt bundan sonra həmin tapançanı başına tuşlayaraq özünü vurub.

TƏFƏRRÜAT

Sərt Adnan Menderes hava limanında bir kafedə kassir olaraq çalışan qardaşı qızı Şeyma Soyuipək ilə birlikdə dünən səhər saatlarında Egekent bölgəsində bir mənzili krayələyiblər. Axşam saatlarında mənzilə gələn ev sahibi, icarə müqaviləsini imzalatmaq üçün Sərt ilə qardaşı qızının olduğu evin qapısının zəngini vurub. Qapı açılmayınca öz açarından istifadə etmək istəyən ev sahibi məqsədinə nail olmayıb. Qapının açılmadığını görən qadın polisə zəng edib. Çilingirən köməyiylə evə girən polis qonaq otağında Şeyma Soyuipək ilə əmisi Turan Sertin cansız bədəninə rastlayıblar.

Araşdırma nəticəsində Turan Sertin gənc qızı tapançayla sinəsindən vurduqdan sonra eyni silahla öz başına atəş açdığı məlum olub. 

Onu da qeyd edək ki, Şeyma Soyuipəyin atasının bir müddət əvvəl, "Sərt" olan soyadını dəyişdirdiyi deyilir. 

Təhməz Təkin
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.