Dünya

Yanan bina çökdü: 50 ölü, 70 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

19 Yanvar 2017 14:51
0 Şərh     Baxış: 9 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:51

Tehranda "Plasko" ticarət mərkəzinin yanğından sonra çökməsi nəticəsində əksəriyyəti yanğınsöndürən olan 50 nəfərin həlak olduğu ehtimal edilir.
 
APA-nın məlumatına görə, dağıntılar altında yanğınsöndürənlərlə yanaşı, ticarət mərkəzində çalışan insanlar da qalıblar.  
 
Çökmüş binanın ətrafında yerləşən Türkiyə, Almaniya və Böyük Britaniyanın səfirlikləri boşaldılıb. 
 
Tehran əyalətində fövqəladə vəziyyət elan edilib, xilasetmə işlərinə ordu cəlb olunub. İtlər vasitəsi ilə dağıntılar altında qalanların axtarışı davam etdirilir.
 
Mümkün qaz partlayışlarının qarşısını almaq məqsədi ilə bölgədə qazın verilişi dayandırılıb. Xəsarət alanların sayının 70 nəfər olduğu bildirilir. Onlardan 23-ü xəstəxanaya yerləşdirilib.

---------

13:45

Milli.Az haberler-ə istinadən bildirir ki, dəhşətli hadisədə 30 yanğınsöndürən həlak olub.

----------

13:08

İranın paytaxtı Tehrandakı 17 mərtəbəli binada yanğın baş verib.

Milli.Az "IRNA" xəbər agentliyinə istinadla bildirir ki, yanğın nəticəsində şəhərin mərkəzindəki Plasco binası uçub. 

İlkin məlumata görə, 38 yaralı var.

Qeyd edək ki, çökən bina İranın ən köhnə hündürmərtəbəli binası idi.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Yanan bina çökdü: 38 yaralı

Yanan bina çökdü: 38 yaralı - 1

Tehranda yanan 17 mərtəbəli bina belə çökdü: ölənlər var

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.