Dünya

Rusiyada idmançı ermənini döyüb öldürdü

23 Oktyabr 2016 17:12
13 Şərh     Baxış: 3 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Omsk şəhərində Ermənistan vətəndaşının qətlində şübhəli bilinən qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Nikita Fedonenko saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Regional İdarəsinin rəsmi nümayəndəsi Larisa Boldinovanın sözlərinə görə, faktla bağlı RF CM-nin 11 maddəsinin dördüncü bəndi (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan ağır xəsarətlərin yetirilməsi) əsasında cinayət işi qaldırılıb.

L.Boldinova qeyd edib ki, 22 yaşlı Fedonenko 32 yaşlı Vaqe Zalibekyanı ölümcül döyüb. Fedonenko və Zalibekyan arasında mübahisənin hansı səbəbdən yaranması hələlik məlum deyil.

"SuperOmsk" agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, döyüşçünün evində axtarış zamanı "skinxedlərin istifadə etdiyi alətlər" aşkarlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.