Dünya

Zukerberq Papa ilə görüşdü, 500 min avro bağışladı - FOTO

30 Avqust 2016 10:52
0 Şərh     Baxış: 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Roma Katolik Kilsəsinin rəhbəri, Papa 1-ci Fransisk Vatikanda Facebook-un banisi Mark Zukerberqi və onun xanımı Prissilla Çanı qəbul edib.
Milli.Az bildirir ki, görüş əsnasında Papa və Zukerberq informasiya texnologiyalarından, xüsusilə də sosial şəbəkələrdən yoxsulluqla mübarizədə istifadənin yollarından danışıblar.
Daha sonra Zukerberq pontifikə Facebook-un hazırladığı və səmaya qaldırdığı pilotsuz uçan təyyarənin kiçik modelini hədiyyə edib.
Daha sonra Mark Zukerberq İtaliyanın baş naziri Matteo Renzi ilə görüşüb.
Xanımı P.Çanla birlikdə Luiss Universitetinə yollanan Zukerberq burada Beynəlxalq Qırmızı Xaç Təşkilatına 500 min avro bağışlayıb. İanə İtaliyadakı dağıdıcı zəlzələ qurbanlarına yardım üçün nəzərdə tutulub.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.