Dünya

FED uçot dərəcəsini dəyişmədi - YENİLƏNİB

27 İyul 2016 22:56
0 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:56

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iyunda baş tutan iclasından sonra iyun ayında əmək bazarında müsbət tendensiya müşahidə olunub, iqtisadi aktivlik isə mülayim artım nümayiş etdirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə FOMC-un iki günlük iclasının yekunlarına dair açıqlamasında bildirilir.
 
Bildirilir ki, iyun ayında məşğulluğun artması olduqca yüksək olub, bundan başqa, təsərrüfat subyektlərinin xərcləri artıb. "İnflyasiya 2% səviyyəsindən aşağı olaraq qalır ki, bu da energetika sahəsində qiymət azalması ilə bağlıdır", - deyə açıqlamada bildirilir.
 
22:02
 
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini dəyişməyərək 0,25-0,5% səviyyəsində saxlayıb.
 
Qeyd edək ki, ötən ilin dekabrın 16-da FED uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.