Dünya

İranda məmurların maaşlarını kəsirlər

26 İyul 2016 22:16
0 Şərh     Baxış: 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnternetdən sızdırılan məlumatlarda bəzi rəsmilərin, ayda 400 dollar maaş alan orta ictimai sektor işçisi ilə müqayisədə 100 dəfə artıq maaş aldığı göstərilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, son qərara görə, hökumət rəsmiləri üçün maaş həddi 2630 dollar müəyyən edilib. Dövlət-özəl qarışıq müəssisələrində işləyənlər üçün isə maaş maksimum 5250 dollar müəyyən edilib.
İctimai qəzəb artıq bir neçə bank direktorunun işdən çıxarılmasına səbəb olub.
Onlardan birinə ayda 60 000 dollar ödənirmiş - sızdırılan maaş cədvəllərində göstərilib. Ancaq bu məbləğin aylıq mükafatla birlikdə, yoxsa sırf maaş kimi göstərildiyi aydın deyil.
Müəyyən olunmuş həddən artıq maaş bundan sonra "pozuntu və cinayət" kimi qəbul ediləcək, hökumətin sözçüsü Məhəmməd Bağer bildirib.
Bu mübahisələr həmçinin Prezident Həsən Ruhaninin mühafizəkar tənqidçilərinə, gələn ilki seçkilər öncəsi ona hücum üçün yeni silah vermiş olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.