Dünya

Türkiyənin Bakıdakı keçmiş hərbi attaşesi həbs olundu

26 İyul 2016 23:50
0 Şərh     Baxış: 4 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bakıdakı səfirliyinin keçmiş hərbi attaşesi, korpus generalı  Hasan Nevzat Taşdeler 15 iyul baş tutmamış hərbi çevriliş cəhdinə görə həbs edilənlərdən biridir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, İstanbul prokurorluğunun irəli sürdüyü ittihama əsasən general Taşdeler FETÖ-çudur, hərbi çevriliş cəhdində əli var. Onun barəsində növbətçi məhkəmədə həbs qətimkan tədbiri seçilib.

General Taşdeler bir müddət 3-cü zirehli briqadanın komandiri olub. 2015-ci ildə korpus generalı rütbəsini alıb. Bakıdakı hərbi attaşesi vəzifəsini 2015-ci ilin avqustunda başa vurub. Bundan sonra Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin edilib.

Hasan Taşdələr "Ergenekon" əməliyyatı zamanı həbs edilən ordu generalı Nüsret Taşdelerin kiçik qardaşıdır. Nüsret Taşdeler Egey ordusu komandanı və Quru Qüvvələrinin Tədris və Doktrin komandanlığının rəhbəri olub. Ömürlük həbs cəzası alıb, 2014-cü ilin mayında "Ergenekon" işinin qurama olmasının etiraf edilməsindən sonra həbsdən buraxılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.