Dünya

Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"

1 İyul 2016 14:08
0 Şərh     Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ümid edirəm ki, bizim aramızdakı təmaslar iki ölkə arasında münasibətlərin normallaşması sahəsindəki praktik fəaliyyətlərə düzgün ton verəcək".

Milli.Az APA-ya istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Soçidə keçirilən görüşdə deyib. O bildirib ki, hazırda ehtiyac olan məsələlərin müzakirəsi üçün yaxşı imkan var.
 
M. Çavuşoğlu isə onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət etdiyi üçün Sergey Lavrova təşəkkür edib: "Hər iki ölkə prezidenti telefonla danışıb. Bu danışıq çox konstruktiv keçib və onlar bizi bu müzakirələri davam etdirərək münasibətləri normallaşdırmaq və əlaqələri lazımi səviyyəyə çatdırmaq barədə təlimatlandırıblar".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.