Dünya

Paris qarışdı - YENİLƏNİB - VİDEO

29 Noyabr 2015 23:29
6 Şərh     Baxış: 4 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

23:29

Noyabrın 29-da Parisdə ətraf mühitin mühafizəsinə həsr olunmuş nümayiş keçirilib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, polis Respublika meydanında keçirilən icazəsiz aksiyanın təxminən 100 nəfər iştirakçısını saxlayıb.

Aksiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurma yaşanıb, etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

--------

23:20

Noyabrın 29-da Parisdə COP21- iqlim dəyişikliyi üzrə konfransla bağlı təşkil olunmuş dinc nümayiş zamanı bir qrup maskalı şəxs Respublika meydanına daxil olaraq "Fövqəladə vəziyyət, polis! Bizim nümayiş etmək hüququmuzu poza bilməzlər" deyə qışqırmağa və polisə daş, şüşə butulkalar atmağa başlayıblar. Bununla da aksiya iştirakçıları dinc nümayiş qaydalarını pozaraq polislə qarşıdurma yaradıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, gözyaşardıcı qazdan istifadə edən polis yüzədək nümayişçini saxlayıb.

Respublika meydanında gərgin vəziyyət hələ də davam edir.

Xatırladaq ki, Parisdə törədilən terror aktlarından sonra üç ay ərzində fövqəladə vəziyyət elan olunub və nümayiş keçirmək qadağan edilib.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.

Беспорядки в Париже: полиция применила слезоточивый газ

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.