Dünya

Xəzərdən Suriyaya raket atışı: iki azərbaycanlının əməliyyatı - YENİLƏNİB - VİDEO

8 Oktyabr 2015 10:34
Baxış: 7 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:34

Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, Rusiyanın Xəzərdəki Hərbi-Dəniz Donanmasının 4 gəmisindən Suriyadakı 11 hədəfə 26 qanadlı raket buraxılması əməliyyatının "müəllif"lərindən biri də İrandakı "Qüds" korpusunun komandiri, general Qasım Süleymanidir.

Yaxın Şərqdə "Gözəgörünməz general" kimi tanınan və İŞİD-ə qarşı indiyədək bir neçə çox uğurlu əməliyyata rəhbərlik etmiş general Qasım Süleymani soydaşımızdır.

O, İraq və Suriyada çoxsaylı terrorçu qruplaşmalara, xüsusilə də İŞİD, "Cəbhət əl Nüsra" və "Əl Qaida"ya qarşı mübarizədə İranın xüsusi təyinatlı hərbi birləşmələrinin fəaliyyətini koordinasiya edir.

Rusiyanın hazırda Suriyada apardığı hərbi əməliyyatlar hələ iyul ayında planlaşdırılmağa başlamışdı. İranla Rusiya arasındakı müvafiq kuluar məsləhətləşmələrdə və müzakirələrdə Q.Süleymani çox aktiv iştirak edib.

Xəzərdəki gəmilərdən Suriyadakı hədəflərə qanadlı raketlərin buraxılmasını nəzərdə tutan nümayişkaranə aksiyanın əsas təşəbbüskar və müəlliflərindən birinin də Qasım Süleymani olduğu vurğulanır.

Onun Suriyadakı İŞİD və "Cəbhət əl Nüsra" mövqelərinin dəqiq koordinatlarının Rusiyaya verilməsi prosesində də rolu az deyil.

----------

10:22

Oktyabrın 7-də Suriyaya raket zərbələri endirən Rusiyanın Xəzər flotiliyasına məxsus "Dağıstan" gəmisinin komandirinin azərbaycanlı olduğu bəlli olub.

APA-nın "vestikavkaza.ru" saytına istinadən verdiyi məlumata görə, "Dağıstan" gəmisinə II dərəcəli kapitan Vüsal Miriyev komandanlıq edir.

V. Miriyev 1978-ci il avqustun 27-də Goranboy rayonunun Səfikürd kəndində anadan olub. 1996-cı ildən Rusiya Silahlı Qüvvələrində xidmət edir. Uşakov adına Baltik Hərbi-Dəniz İnstitutunu bitirdikdən sonra Xəzər flotiliyasında xidmətə göndərilib. 2002-2005-ci illərdə raket qayığında komandir köməkçisi, 2005-2010-cu illərdə isə raket qayığının komandiri olub. 2010-cu ildə V. Miriyev "Tatarıstan" keşikçi gəmisinin komandiri, qısa müddət sonra "Dağıstan" raket gəmisinin komandiri təyin edilib. 2013-cü il avqustun 13-də Rusiya və Azərbaycan prezidentləri bu gəmini ziyarət ediblər. V. Miriyev evlidir, 3 övladı var.

Xatırladaq ki, oktyabrın 7-də Rusiyaya məxsus 4 hərbi gəmi Xəzər dənizindən Suriyadakı hədəflərə 26 raket atıb.

Milli.Az

Videoları izləmək üçün aşağıdakı şəkillərə klikləyin.

фото

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.