Dünya

Keçmiş qadın deputat qətl hazırlamaqda ittiham olunur

5 May 2015 17:46
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanda həbs olunan keçmiş deputat, "Çiçəklənən Ermənistan" Partiyasının üzvü, iş adamı Qoar Yenokyan qətl hazırlamaqda ittiham olunur.

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Xüsusi İstintaq Xidmətindən bildiriblər ki, baş prokuror tərəfindən bu xidmətə göndərilən cinayət işinin ilkin istintaqı çərçivəsində Q.Yenokyan saxlanılıb. O, qətl hazırlığında ittiham edilir.

Xanım Qoar Yenokyanın kimi öldürtmək istədiyi açıqlanmayıb. İstintaq davam edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.