Dünya

Türk təyyarəsində bomba şoku

18 Aprel 2015 14:39
0 Şərh     Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə Hava Yollarında son günlər bomba xəbərdarlıqları problemləri ciddi xarakter alıb.

Anspress-in məlumatına görə, bu gün THY-nin İstanbul-Tokio reysində bomba xəbərdarlığına görə gecikmə yaranıb. Təyyarənin tualetində "bomba var" yazılı qeyd aşkarlanması səbəbilə uçuş 4,5 saat gec həyata keçirilib.

Dünən isə İstanbul-Bazel reysində eyni problem yaşanıb. Nəticədə təyyarə uzun müddət hava limanında gözləməli olub.

Araşdırmalardan sonra bu xəbərdarlıqların əsassız olduğu bəlli olub.

Qeyd edək ki, son bir ay ərzində THY təyyarələrində bomba olduğu ilə bağlı xəbərdarlıqların sayı 6-ya çatıb. Bu əsassız xəbərdarlıqlar THY-yə 100 minlərlə avro ziyan vurub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.