Dünya

Məşhur müğənni reanimasiyaya yerləşdirildi

28 Mart 2015 15:30
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Məşhur sovet və Rusiya müğənnisi, 66 yaşlı Valeri Leontyev reanimasiyaya yerləşdirilib. Musavat.com Rusiya informasiya mənbəyinə istinadən xəbər verir ki, Leontyev martın 28-də Ukyanovskda, 29-da idə Dmitrovqradda konsert proqramı ilə çıxış etməli imiş.

Yerli KİV yazır ki, konsertə biletlər, demək olar, satılıb qurtarıbmış. Lakin bu ərəfədə o, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.

"Valerinin halı pisləşdi. O reanimasiyadadır", - artistin çıxışının təşkilatçısına yaxın mənbə qeyd edib. Hələlik onun xəstəxanaya yerləşdirilməsinin səbəbi məlum deyil, ancaq vəziyyətinin ağır olduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.