Dünya

2014-cü ildə Əfqanıstanda 3 mindən çox dinc sakin ölüb

21 Dekabr 2014 10:15
0 Şərh     Baxış: 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
2014-cü ildə Əfqanıstanda dinc sakinlər arasında münaqişə qurbanlarının sayı 3188 nəfər təşkil edib.

APA-nın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstana yardım missiyasının hesabatında bildirilir. Məlumata görə, il ərzində 6429 dinc sakin yaralanıb. Hesabat 2014-cü ilin 11 ayını - yanvarın 1-dən noyabrın 30-dək dövrü əhatə edir.

BMT-də bu il ölən dinc sakinlərin sayının ötən ilki göstəricidən 19 faiz çox olduğunu bildiriblər. Qərb mətbuatı bu cür tendensiyanı NATO qüvvələrinin tədricən Əfqanıstandan çıxarılması və yerli təhlükəsizlik qüvvələrinin taliblərlə döyüşlərinin aktivləşdirilməsi ilə əlaqələndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.