Dünya

Çörçilin əsəri rekord qiymətə satıldı

19 Dekabr 2014 20:45
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 rəsm əsəri ümumilikdə 15.4 milyon funt gəlir gətirib

Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilə məxsus rəsm əsəri hərracda təqribən 1.8 milyon funta (2.2 milyon manat) satılıb.


Milli.Az bildirir ki, anspress-in məlumatına görə, Kentdəki mənzilində yerləşən gölməçəni təcəssüm etdirən "The Goldfish Pool at Chartwell" (Çartueldə Qızılbalıq Hovuzu) əsəri 1932-ci ildə çəkilib. Rəsm əsəri Çörçilin qızının vəfatının ardından (bu ilin may ayında) Londonda, Sozebs auksionunda hərraca qoyulmuşdu.

Qeyd edək ki, Çörçilin rəsmlərindən birinə aid öncəki hərrac rekordu bir milyon funt olub. Çörçilə məxsus 15 rəsm əsəri ümumilikdə 15.4 milyon funt gəlir gətirib.

Sozebs "The Goldfish Pool at Chartwell" əsərini "heç şübhəsiz Çörçilin şah əsəri" və "rəssamın heyrətamiz təzahürü" kimi təsvir edib. Bu əsərə təqribi 400,000 - 600,000 funt qiymət qoyulmuşdu.

Rəssamın digər əsəri, "Tapestries at Blenheim" isə bir milyon funta satılıb. Çörçilə məxsus digər əşyalardan, 1921-22-ci illərdə dövlət katibi olarkən istifadə etdiyi qırmızı məlumat qutusunun təxmini qiyməti 5,000 - 7,000 funtu aşaraq, 158,500 funta satılıb.

Xatırladaq ki, Uinston Çörçil İkinci Dünya müharibəsi zamanı Britaniyanın baş naziri olub. O, 1965-ci ildə vəfat edib. 91 yaşında vəfat edən Meri Soames isə Çörçilin sağ qalmış sonuncu övladı olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ