Dünya

Ermənistanda dərman bahalaşıb

19 Dekabr 2014 13:38
0 Şərh     Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ermənistanda dərman preparatları 5-10 faiz bahalaşıb və buna səbəb yoxlama möhürlərinin tətbiqinin tələb edilməsi yox, valyuta məzənnəsindəki tərəddüdlərdir
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirinin müşaviri Qukas Urixanyan dekabrın 19-da jurnalistlərlə görüşündə bəyan edib.

O bildirib ki, Səhiyyə Nazirliyi daim dərmanların qiymətlərinin monitorinqini aparır, indiyədək qiymətlərin əsaslandırılmamış, spekulyativ artırılması halı aşkar edilməyib.

Son günlər Ermənistanda dolların məzənnəsi Rusiya bazarında valyutaların bahalaşmasından sonra sıçrayışla artıb ki, bu da qiymətlərin görünməmiş artımına və bazarda çaxnaşmaya səbəb olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.