Dünya

Qızlarını zorlayan qəddar ata cəzalandırıldı

30 Oktyabr 2014 10:57
1 Şərh     Baxış: 1 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təriqət liderinə 30 il həbs kəsildi

Həyat yoldaşı və qızlarını cinsi zorakılığa məruz qoyan israilli poliqamçı kult liderinin həbs cəzası müddəti müəyyənləşib.

Anspress-in məlumatına görə, İsrail məhkəməsi məsih olduğunu iddia edən Qoel Rasonu illərlə 21 həyat yoldaşına və onlardan olan 38 övladına ağlagəlməz hərəkətlər etdiyi üçün ittiham edib.

64 yaşlı Rason ittihamları rədd edərək qadınların onunla könüllü yaşadıqlarını qeyd edib.

Bundan başqa, kult liderinin Təl-Əvivdə bir neçə evinin olduğu və həmin evlərdə arvad-uşağının "dəhşətli şəraitdə qaldığı" müəyyən edilib. Rason ailə üzvlərini ona tabe olmayacaqları halda cəzalandırmaqla hədələyirmiş.

Qeyd edək ki, zorlama faktı onun həyat yoldaşlarından birinin yaşadıqlarına dözə bilməməsi nəticəsində üzə çıxıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.