Dünya

Ebola-nın yayılma riskinin yüksək olduğu ölkələrin siyahısı açıqlandı

21 Oktyabr 2014 15:59
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusunun mümkün yayılmasına hazırlaşmalı olan 14 ölkədən ibarət siyahı tərtib edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu ölkələr Ebola virusu ilə bağlı milli plan hazırlamalıdırlar.

Həmin 14 ölkənin epidemiyanın və yüksək miqrasiya axınının müşahidə olunduğu dövlətlərlə ümumi sərhədləri var.

ÜST-nin məlumatına görə, Qərbi Afrikada yayılmış "Ebola" virusundan artıq 4,5 mindən çox insan ölüb. Virusdan yoluxma halları Liberiya, Syerra-Leone, Qvineya, Nigeriya və Seneqalda qeydiyyata alınıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.