Dünya

48 şübhəli öldürüldü

20 Avqust 2014 10:39
0 Şərh     Baxış: 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda terrorçuluqda şübhəli bilinən 48 nəfər öldürülüb

Pakistan hərbçiləri Əfqanıstanla sərhəd bölgədə yeni hava hücumları nəticəsində terrorçuluqda şübhəli bilinən təxminən 48 nəfərin öldürüldüyünü və onlarla terrorçu istinadgahının məhv edildiyini bildiriblər.

Anspress-in məlumatına görə, ordu rəsmiləri döyüş təyyarələri və "Kobra" vertolyotlarının əsasən qəbilələrin məskunlaşdığı Xeybər və Şimali Vəziristan regionlarında Pakistan Talibanı və əfqan yaraqlılarının mərkəzləşdiyi ərazilərə hücum edib.

Rəsmilər üç qadın və iki uşaq da daxil olmaqla, azı altı mülki vətəndaşın məktəb avtobusunda Bacaur qəbilə regionunda yola basdırılmış bombaya tuş gələrək həlak olduğunu bildirib.

Pakistan qoşunları Şimali Vəziristan regionunda yaraqlılar əleyhinə genişmiqyaslı döyüşlər aparır.

İyun ayından başlayan əməliyyat nəticəsində 600-dən çox yaraqlı və 40 əsgər həyatını itirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.