Dünya

İsrail ərəb məktəbini bombaladı: 16 uşaq öldü, 200 nəfər yaralandı - FOTO

25 İyul 2014 10:39
7 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Fələstinin Qəzza bölgəsində hərbi əməliyyatları davam edir. Dünən 2 fələstinli həlak olub, 108 nəfər yaralanıb. Həlak olan fələstinlilər 19 və 27 yaşlı kişilərdir.
 

Milli.Az Jerusalem Post-a istinadən bildirir ki, fələstinlilərə qarşı snayper atəşi açılıb.

Birləşmiş Millətlər Təşkilatının Fələstinə Yardım, Xilasetmə və Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Dəstək Agentliyinin (The United Nations Relief and Works Agency for Palestine Refugees in the Near East, UNRWA) bəyanatına görə, Qəzza bölgəsindəki Beyt-Hanun şəhərinin İsrail hərbçiləri tərəfindən bombardman olunması zamanı qurumun məktəbi də hədəfə alınıb.
 

Məktəbə raket-bomba zərbələri endirilməsi nəticəsində 16 nəfər həlak olub, 200 nəfər yaralanıb.

Bombardman nəticəsində məktəb binası dağılıb. Həlak olanlar uşaqlardır, çünki məktəbdə yalnız qadınlar və uşaqlar vardı.
 

İsrailin Müdafiə Nazirliyi məktəbin atəşə tutulduğunu təsdiqləyib. İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidmətinin rəhbəri, briqada generalı Yoav Mordexay deyib: "Dünən Beyt-Hanunda HƏMAS və "İslam cihadı" yaraqlıları ilə döyüşlər gedib. Məhəllələrdə gedən sərt döyüşlər zamanı yaraqlılar məktəb binasından əsgərlərimizi atəşə tutublar. Hərbçilərimizin həyatı üçün real təhlükə olduğundan məktəb binasına cavab atəşi açılıb. Oradakı insanların HƏMAS-ın günahı ucbatından həlak olduqları istisna deyil.
 

Oradakı insanlar ya SAXAL, ya da HƏMAS-ın səhvi ucbatından həlak olublar".
 

SAXAL-ın mətbuat xidməti bildirib ki, İsrail bu rayonda hərbi əməliyyatların başlayacağı ilə əlaqədar dəfələrlə ilkin xəbərdarlıq edərək dinc əhalinin təxliyyə olunmasını istəyib. SAXAL məktəbin mənsub olduğu UNRWA mənsublarına da müraciət edibmiş.
 

HƏMAS isə İsrailin açıqlamalarını ağ yalan adlandıraraq, deyilənlərin həqiqətə əslən uyğun olmadığını vurğulayıb.

"İsrail hərbçiləri heç bir ilkin xəbərdarlıq etməyiblər. Onlar məktəbdə uşaqların və qadınların olduğunu əla bilsələr də, binanı atəşə tutdular. İndi isə həyasızcasına, əxlaqsızcasına yalan danışırlar", - HƏMAS-ın açıqlamasında deyilir.
 

UNRWA-nın Qəzzadakı mətbuat katibi Ədnan Əbu Həsna Al Arabiya-ya deyib: "İsraillilər məktəbi tank və toplardan atəşə tutdular. Biz İsrail hərbçilərinə müraciət edərək demişdik ki, bombardman olarsa, bizə əvvəlcədən desinlər. Amma demədilər və qəflətən hücum etdilər".


Qəzzada "Sarsılmaz qaya" əməliyyatına başladığı gündən İsrail ordusunun 32 hərbçisi həlak olub, çavuş Oron Şaul əsir alınıb.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.