Dünya

Azərbaycanlı milyarderin "rəisi": "Bu işdə tək deyiləm"

9 Aprel 2014 10:46
0 Şərh     Baxış: 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Babək Zəncani böyük bir qrupun dəstəyi ilə çalışdığını və təkbaşına olmadığını etiraf edib"

Türkiyədə 17 dekabr "böyük rüşvət" əməliyyatında saxlanılaraq sonra azad edilən Rza Zərrabın "rəisi" olaraq tanınan və İranda həbs edilən Babək Zəncani maraqlı açıqlamalar verib.

Anspress-in xəbərinə görə, İran neftinin "qara bazar"da satışından qanunsuz gəlir əldə etməkdə günahlandırılan azərbaycan əsilli iş adamı Bəbək Zəncaninin təkbaşına hərəkət etmədiyini söylədiyi bildirilib.

Zəncaninin işi ilə bağlı parlamentdə təşkil edilən araşdırma komissiyasının üzvü, millət vəkili Əmr Abbas Sultani məşhur iş adamının tək başına işləmədiyini etiraf etdiyini iddia edib. Sultani Babək Zəncaninin böyük bir qrupun dəstəyi ilə çalışdığını və təkbaşına olmadığını etiraf etdiyini deyib.

"Zəncani etiraf etmədən əvvəl də bütün korrupsiya və özbaşınalıqları təkbaşına edə bilməyəcəyi və arxasında güclü bir təşkilatın olduğuna inanırdıq. Təhqiqat davam etdikcə, saxtakarlıqların ölçüsünün daha geniş əhatəli olduğunu görürük" - deyə Sultani bildirib.

Qeyd edək ki, sərvətinin 13,5 milyard dollar olduğu bildirilən İranın zəngin iş adamı Babək Zəncani rüşvətlə mübarizə təlimatından sonra dekabrın 30-da həbs edilib. Hazırda onun İran dövlətinə 2 milyard avrodan çox borcu olduğu açıqlanır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.