Dünya

Kim Çen In naziri diri-diri yandırdı

9 Aprel 2014 10:19
Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şimali Koreyanın diktatoru Kim Çen In ictimai təhlükəsizlik naziri O Son Xona odsaçan silahla atəş açaraq yandırıb

Modern.az xarici KİV-ə istinadən bildirir ki, kommunistlər ölkəsinin naziri diktatorun dayısı Çan Son Thekə yaxın olduğu səbəbindən "xalq düşməni" elan olunub.

Kim Çen In bəyan edib ki, "xalq düşməni" Thekə İctimai Təhlükəsizlik Nazirliyinin şəxsi mühafizəsinə çevrilməsində kömək edib. Bundan əlavə, o guya Koreya Xalq Demokratik Respublikasında korrupsiya faktlarını gizlətməkdə günahkar bilinib.

Kim Çen In qəddarcasına edamdan sonra İctimai Təhlükəsizlik Nazirliyini buraxıb. Bundan əlavə, nazirliyin 11 vəzifəli şəxsinin də ya güllələndiyi, ya da həbs düşərgəsinə göndərildikləri bildirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.