Dünya

Barak Obamaya itki üz verib

9 Aprel 2014 10:16
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ prezidenti Barak Obamanın xalası Zeytuni Onyanqo dünyasının dəyişib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, uzun müddət ABŞ-da qeyri-leqal yaşayan Onyanqo 61 yaşında Bostondakı reabilitasiya mərkəzində keçinib. 

Qadının vəkili Marqaret Von bildirib ki, onda uzun müddət öncə xərçəng xəstəliyi aşkarlanmışdı. Tənəffüs yollarında problem var idi. 

Qeyd edək ki, Onyanqo 2000-ci ildə ABŞ-a gəlib. İki il sonra siyasi sığınacaq üçün müraciət etsə də, ona sığınacaq verilməyib. 2008-ci ilə qədər ABŞ-da qeyri-leqal yaşayıb. 2008-ci ildə Obama prezident seçildikdən sonra diqqətlər həmin xanıma yönəlib. Ağ Evdən iddia ediblər ki, prezident Obama xalasının ABŞ-da qeyri-leqal yaşamasından xəbərsiz olub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.