Dünya

Məşhur yazıçını evə yazdılar

9 Aprel 2014 10:25
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış kolumbiyalı yazıçı Qabriel Qarsiya Markes ötən gün xəstəxanadan evə buraxılıb.

Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yazıçının bir həftə müddətində yatdığı Mexiko xəstəxanasının məlumatında deyilir. Markes ağciyər iltihabı ilə xəstəxanaya yerləşdirilmişdi. O, antibiotiklərlə bir həftə müalicə kursu keçib.

Xəstəxananın nümayəndəsi Hakelin Pinyeda bildirib ki, 87 yaşlı Nobel mükafatı laureatı özünü elə də yaxşı hiss etmir. Bu da onun yaşı ilə əlaqədardır. Qohumlarının sözlərinə görə isə, yazıçı ötən həftə xəstəxanadan çıxaraq evə getmək istəyirdi.

Tanınmış kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim Qabriel Qarsiya Markes 1982-ci ildə "100 ilin tənhalığı" əsərinə görə Nobel mükafatına layiq görülüb. O, "mistik-realizim" cərəyanının nümayəndəsi, Latın Amerika ədəbiyyatının korifeyidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.