Dünya

Devid Bekhem içki işinə girişdi

9 Aprel 2014 09:42
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış futbolçu Devid Bekhem yeni şotland viskisinin istehsalçısı olub. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, futbolçu iş tərəfdaşı, musiqi prodüseri Saymon Füllerlə birgə "Haig Club" adlı viski istehsalına başlayıb. İçki tünd-göy rəngli şüşədə buraxılacaq. Qiyməti isə 65 dollar olacaq. 

İçkini istehsal edən şirkətin rəsmi saytı yazır ki, Bekhem və Füller strategiyanın hazırlanmasında mühüm rol oynayırlar. Bununla belə, razılaşmanın maliyyə tərəfləri açıqlanmır. 

Milli.Az-ın arayışı: Bekhem İngiltərə yığmasının kapitanı olub. O, "Mançester Yunayted", "Milan", Madrid "Real"ı, "Los-Anceles Qelaksi" və Fransanın "PSJ" klublarında top qovub. Ötən il 38 yaşında karyerasını başa vurub. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.