Dünya

2 uşağını 28 min dollara satan valideynlər tutuldular

8 Aprel 2014 20:44
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ər-arvad Rusiyanın Vidnoye yaşayış məskənində həbs olunublar. Onlara 10 il həbs cəzası verilə bilər

Moskva polisi öz uşaqlarını satmaq istəyən ər-arvadı tutub. Həmin ailə Özbəkistandandır.

İstintaq Komitəsinin sözçüsü aprelin 8-də jurnalistlərə deyib ki, bu ailə özünün 18 aylıq oğlunu və yenicə anadan olmuş qızını 1 milyon rubla, yəni təxminən 28 min dollara satmaq istəyib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bu ər-arvad aprelin 7-də Vidnoyedə həbs olunub. Onları 10 iləcən həbs cəzası gözləyə bilər.

Bu, son aylar öz uşağını satmaq istəyən ilk özbək qadın deyil. Fevral ayında da Rusiyanın Sankt-Peterburq şəhərində 2 özbək qadın həbs olunmuşdu.

Onlar yenicə anadan olmuş uşağı 80 min rubla, yəni 2 min 250 dollara satmışdılar. Ancaq "alıcı" xüsusi əməliyyat həyata keçirən polis zabiti çıxdı.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.