Dünya

Ərdoğan müxalifət liderinə hücum faktına münasibət bildirdi - YENİLƏNİB - FOTO - VİDEO

8 Aprel 2014 18:03
0 Şərh     Baxış: 1 267
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
18:03

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun hücuma məruz qalmasına münasibət bildirib


APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, R.T.Ərdoğan demokratik parlamentar sistem içərisində bu cür hərəkətlərin yolverilməz olduğunu deyib: "Belə əməlləri qətiyyətlə pisləyirik. Mən hörmətli Kılıçdaroğluna keçmiş olsun deyirəm. Ona telefon açaraq bunu söyləyəcəyəm".

Prezident Abdulla Gül isə K.Kılıçdaroğluna zəng edərək "keçmiş olsun" diləklərini çatdırıb. Böyük Millət Məclisinin sədri Cəmil Çiçək və parlamentdə təmsil olunan siyasi partiyalar da hadisəni pisləyən açıqlama veriblər.


---------
17:09

CHP liderini yumruqlayan şəxs "Alpərən Ocaqları"nın üzvü olduğunu bildirib


Türkiyə Böyük Millət Məclisinin binasında CHP lideri Kamal Kılıçdaroğluna yumruq zərbələri endirən adamın şəxsiyyəti müəyyənləşdirilib. Milli.Az xəbər verir ki, APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, müxalifət liderinə hücum edən şəxsin Ankarada yaşayan 1986-cı il təvəllüdlü ərzurumlu, əvvəllər silahlı hücum və narkotik cinayətləri ilə məhkum edilmiş Orxan Övən olduğu müəyyən edilib.
 

O.Övən polisə ilkin ifadəsində "Alpərən Ocaqları"nın üzvü olduğunu bildirib: "CHP qrup toplantısına gəldiyimi söyləyərək parlamentə daxil oldum. Mən alpərənəm. Kılıçdaroğlunu yumruqlamağı qərara aldım, o səbəblə gəldim. Onun girişini gözlədim və fürsət yaranan kimi yumruq vurdum". (Qeyd edək ki, "Alpərən Ocaqları" mərhum Muhsin Yazıçıoğlunun yaratdığı millətçi-islamçı Böyük Birlik Partiyasına yaxın qurumdur)
 

Hadisə zamanı K.Kılıçdaroğlu sol gözünün altından bir neçə yumruq zərbəsi alaraq yerə yıxılıb və onun pencəyi cırılıb. K.Kılıçdaroğlunun mühafizəçisi O.Övəni yaxalayıb və CHP üzvləri onu döyməyə başlayıblar. Bəzi CHP millət vəkilləri ağlayıb. Polis O.Övəni oradan uzaqlaşdıra bilib.

İnsidentə baxmayaraq, K.Kılıçdaroğlu CHP millət vəkili İhsan Özkesin pencəyini geyərək fraksiya toplantısına qatılıb və çıxış edib. O, hər kəsi sakitliyə çağırıb: "Demokratiya yolu əngəllərlə doludur. Hücumlar, təzyiqlər bizim qarşımızı kəsə bilməz. Bu, CHP liderinə edilən ilk hücum deyil. Rəhmətlik İsmət İnönüyə də daşlar atıldı, başı yarıldı. Biz kiminsə önündə diz çökən, geri çəkilən deyilik".


---------
16:10

Türkiyə Böyük Millət Məclisində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluna hücüm ediblər.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, partiya lideri yumruq zərbəsi alıb.

Məlumatda o da qeyd olunur ki, partiya liderinin aldığı yumruq zərbəsindən eynəyi qırılıb.

Hücum edənin kimliyi haqqında məlumat verilmir.

Milli.Az

---------
17:09

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün aşağıdakı şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.