Dünya

Corc Buşun sərgisindən görüntülər - FOTO

8 Aprel 2014 22:13
0 Şərh     Baxış: 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Eks prezidentin rəsmləri 30 iyunadək davam edəcək

ABŞ-ın 43-cü prezidenti Corc Buşun yeni açılmış sərgisinin görüntüləri yayılıb.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, "Liderlik incəsənəti: prezidentin şəxsi diplomatiyası" adlanan sərgidə, ABŞ-ın 43-cü prezidentinin çəkdiyi 20 dünya liderinin portreti ilk dəfə nümayiş olunub. Aprelin 5-də açılan sərgi iyunun 30-dək davam edəcək. Corc Buşun çəkdiyi rəsm əsərlərindən ibarət sərgi Dallasda nümayiş edilir.

Corc Buş incəsənətlə prezident olduğu illərdə məşğul olub və 8 il ərzində o, 30 dünya liderinin portretini çəkib. Hazırda Texas ştatında, Dallasın Prezident kitabxanasında keçirilən sərgidə Ankela Merkel, Vladimir Putin, Hamid Karzay, Çexiyanın eks prezidenti Vatslav Qavel, Toni Bleyer və bir çox başqa dünya siyasətçiləri ilə yanaşı, ata Corc Buşun da portreti var.

Buşun sözlərinə görə, dünya liderləri arasında səmimi münasibətin qurulması da siyasət tələb edir: "Bu işdə atamın təcrübəsi mənə böyük kömək olub. Dünya miqyasında böyük şəxsiyyətlərlə ümumi dil tapmaq, xarakterinin incəliklərini öyrənmək hər kəsə nəsib olmur". Ekspozisiyada sabiq prezidentin şəxsi əşyaları, arxiv fotoları, o cümlədən şəxsi avtoportreti də sərgilənir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.