Dünya

Fətullah Gülən hərəkatına qarşı əməliyyatlar başlanıldı

8 Aprel 2014 13:15
1 Şərh     Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Türkiyə polisi ölkənin Adana şəhərində Fətullah Gülən [hazırda ABŞ-da yaşayan ictimai din xadimi] hərəkatının üzvlərinə qarşı reydlərə başlayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti xəbər verib.

Qəzetin məlumatına əsasən, keçirilən reydlər çərçivəsində aralarında sabiq polis rəisləri olmaqla, səkkiz polis işçisinin evində axtarışlar aparılıb.

Məlumatda o da qeyd olunur ki, reydlər nəticəsində Gülən hərəkatı ilə əlaqələri təsbit edilən polis məmurları saxlanılıb.

Bir qədər əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülən hərəkatının fəaliyyətinin hökumətin zəiflədilməsinə yönəldiyini bəyan edib.

Daha sonra Ərdoğan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Fətullah Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Ədliyyə naziri bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini deyib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf Fətullah Gülənin ekstradisiyasıının qeyri-mümkün olduğunu bildirib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.