Dünya

Cəhənnəm: 64 min xəstənin öldüyü sanatoriya - FOTO

7 Aprel 2014 14:58
2 Şərh     Baxış: 2 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Kentukki ştatındakı "Waverly Hills Sanatorium" dünyanın ən qorxunc, "cəhənnəm" adlanan xəstəxanalarından biridir.


Milli.Az AHT-yə istinadən bildirir ki, sanatoriya adlanan bu məkan 1910-cu ildə vərəm xəstəxanası kimi fəaliyyətə başlamışdı.

Lakin o zaman vərəmi müalicə etmək üçün preparatlar, hətta streptomisin belə, olmadığından xəstələr ölürdülər.

Veyverli Hillsdəki "sanatoriya" 64 min xəstənin son məkanı oldu.


1961-ci ildə qapadılan sanatoriya bir neçə il sonra ruhi-əsəb dispanseri kimi fəaliyyətə başlayıb. Lakin burada xəstələrə divan tutulduğu üçün "sanatoriya" 1982-ci ildə təkrar qapadıldı.


Xəstələrin dediklərinə görə, binanın 3-cü və 5-ci mərtəbələrində mistik, qorxulu, vahiməli hadisələr baş verirmiş. 502-ci palataya yerləşdirilən xəstələr isə gecə saatlarında qorxudan bağırırdılar: səhərlər onlar ölü tapılırdılar.


Xəstəxananın digər məşhur "yer"i isə "Ölüm tuneli" kimi tanınan 150 metrlik dəhlizdir. Ölən xəstələr bu dəhlizlə morqa aparılırdı.


Bu başabəla xəstəxanada yaşananlardan 2006-cı ildə çəkilmiş "Spooked: The Ghosts of Waverly Hills Sanatorium" filmində də bəhs olunmuşdu.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.