Dünya

Övladını qoyub gedənlər - göz yaşı, xəyanət və qorxu - VİDEO - FOTO

3 Aprel 2014 10:33
2 Şərh     Baxış: 1 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ana ağlayır, balasından ayrılmaq istəmirdi. O, övladını bağrına basaraq öpür, oxşayırdı. Sonra isə ana göz yaşları içində, hıçqıraraq "Get!" dedi.

Dedi və ayağa durub getdi.

Uşaq ağlayır, "Ana, ana!" deyirdi. Ana isə dönmədi.


... "Bir ailəyə bir uşaq" siyasəti yürüdən və əhalisi həndəsi sürətlə artan Çinin hakimiyyət dairələri demoqrafik partlayışın qarşısını almaq üçün bütün vasitələrə əl atırlar. Bununla belə, Çində atılmış uşaq problemi çox ciddidir.

Problemin həlli məqsədilə ölkənin 10 vilayətində "uşaqların qəbul məntəqələri" yaradılıb.


Övladından imtina etmək fikrinə düşən valideynlər uşağı küçəyə atmaq əvəzinə, bu məntəqəyə təhvil verirlər.


Milli.Az South China Morning Post-a istinadən bildirir ki, Quançjou vilayətindəki "uşaq qəbulu məntəqə"sində çəkilmiş bu fotolar Çindəki problemi əks etdirir.


Daun sindromu xəstəsi olan övladını bu məntəqədə qoyub gedən ana ağlasa da, geri qayıtmadı.

Çinin 10 vilayəti və 18 iri şəhərində yaradılmış belə məntəqələr övladlarından imtina edən valideynlərin uşaqlarıın küçəyə atmasının qarşısını almağa xidmət edir.


Hər halda rəsmi strukturlar belə deyirlər.

Ertəsi gün həmin məntəqəyə gənc ər-arvad gəldilər. Onlar Pyer Robin sindromu xəstəsi olan uşaqlarından imtina etdilər.

Bu sindrom zamanı insan simasında anomaliyalar yaranır.
 

Axşam saatlarında daha bir ana övladını məntəqəyə gətirdi. Onun dediyinə görə, övladını saxlamaq və böyütmək üçün çox qocadır.

Bir neçə saat keçir, 40-45 yaşlı kişi 5 yaşlı oğlanın əlindən tutub onu məntəqəyə gətirir.

"Oğlum burada qalsın. Ona baxa bilmirik", - deyən kişi ağlayır, oğlunu öpür, sonra da məntəqənin işçilərinə 200 yuan pul verir: "Oğlum üçündür, qoy sizdə qalsın".
 

Tyanszin şəhərindəki Uşaq Təminatı İnstitutunun əməkdaşlarının dediklərinə görə, "uşaq qəbulu məntəqələri" atılmış uşaqlarla bağlı problemləri qismən həll edə bilər.
 

"Çində uşaqlardan imtina, nə qədər paradoksal olsa da, yayılmaqdadır. Səbəblər çoxdur. Yeganə övladı qız olanlar soyadlarının davam etdirilməsi üçün oğlan istəyir və qızı uşaq evinə verirlər. Xəstə uşaqlardan imtina edirlər, şikəst övladları küçələrə atırlar. Bu uşaqların heç bir günahı yoxdur. Biz də həmin körpələrin qayğısına qalmaq istəyirik. Dövlət heç bir vətəndaşından imtina etmir və imtina etmək niyyətində də deyil. Uşaq qəbulu məntəqələri də belə problemlərin həllini öz üzərinə götürür", - institutun əməkdaşları deyiblər.
 

Rəsmi statistikaya görə, Çindəki uşaq evlərində indi 576 min uşaq var. Ekspertlər isə bu rəqəmin təqribən 18 milyon olduğunu deyirlər.
 

Milli.Az

Xəbərin mənbəyi: Abandoned: Heartbreaking pictures of parents leaving their children in China's notorious 'baby hatches'

Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.