Dünya

Tullantı qəbulunda partlayış: 7 ölü, 14 yaralı - VİDEO - FOTO

3 Aprel 2014 09:37
1 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tailandın paytaxtı Banqkokun şimal hissəsindəki binalardan birində partlayış baş verib.

Lad Piakao məhəlləsindəki partlayışda 7 nəfər həlak olub, 14 nəfər yaralanıb.
 

Milli.Az Bangkok Post-a istinadən bildirir ki, partlayış səbəbi 2-ci Dünya Müharibəsi illərindən qalmış aviasiya bombasının utilə verilməsi və bu bombanın da avtogenlə kəsilməyə cəhd göstərilməsidir.
 

Metal tullantısı qəbulu məntəqəsinin işçilərindən biri "ağıllı" hərəkət edərək bombanı avtogenlə doğramaq fikrinə düşmüşdü.

Polisdən verilən məlumata görə, paslı aviabomba 227 kq ağırlıqda olub.
 

Metal tullantısı qəbulu məntəqəsinin yerləşdiyi binadakı partlayışda 5 nəfər hadisə yerində həlak olub, iki nəfər xəstəxanada keçinib.

Partlayışdan sonra başlanmış yanğın qonşu binalara böyük zərər vurub.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.