Dünya

Şok: İranın lideri 95 milyard dollara nəzarət edir - ARAŞDIRMA

12 Noyabr 2013 12:09
0 Şərh     Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Nüfuzlu Reuters agentliyinin 6 ay davam edən araşdırmasının nəticələrinə görə, İranın ali dini lideri ayətulla Əli Xameneyinin 95 milyard dollarlıq varidatı var.

Ayətulla Xameneyinin bilavasitə nəzarətində olan "Setad" adlı təşkilat borclarını ödəyə bilməyən ev sahiblərinin daşınmaz əmlaklarını müsadirə edərək belə sərvət toplayıb.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, "Həzrət İmam Fərmanlarının İcrası Mərkəzi" ("Setad Ejraiye Farmane Hazrate Emam", Setad) təşkilatının malik olduğu varidat İranın illik neft ixracının həcmindən də artıqdır.

Üzdə olmayan bu təşkilat ayətulla Xameneyinin qüdrətinin əsas təminatçılarından biridir. "Sedat" ölkə sənayesinin az qala hər sektorunda, xüsusilə də maliyyə, neft, telekommunikasiyalar, farmasevtika və hətta dəvəquşu yetişdirilməsində paya malikdir.
 

"Setad" imperiyası adi iranlılara malik əmlakın müsadirəsi vasitəsilə qurulub. Məhkəmə bu təşkilata İranın ali dini liderinin adından əmlak müsadirəsi hüququ verdiyindən "Sedat" müsairə etdiyi əmlakı ya hərraca çıxarıb satır, ya da bu əmlakın sahiblərindən pul tələb edir.

Reuters-in jurnalistləri "Setad"ın yalnız may ayında hərraca çıxardığı 300 daşınmaz əmlakı müəyyənləşdiriblər. Həmin əmlakların əksəriyyətinin milyonlarla dollar qiyməti var.
 

"Setad" və ya "Setad Ejraiye Farmane Hazrate Emam" təşkilatının yaradılması İranın ilk lideri, mərhum ayətulla Ruhulla Xomeyninin 1989-cu ildə imzaladığı fərmanla bağlıdır. Həmin fərman 1979-cu ildəki İslam inqilabından sonra atılmış və yiyəsiz qalmış əmlaka nəzarət, habelə həmin əmlakın satılmasını nəzərdə tuturdu.
 

"Təşktlatımız kasıblara və müharibə veteranlarına yardım məqsədilə yaradılmışdı. Cəmi 2 il fəaliyyət göstərməyimiz nəzərdə tutulurdu. Amma belə olmadı", - "Setad"ın banilərindən biri Reuters-ə bildirib.
 

"Setad" fəaliyyətdə olduğu 25 il ərzində biznes-nəhəngə çevrilib. Təşkilat korporativ holdinqini genişləndirərək İranın onlarla, yüzlərlə şirkətinin səhmlərini satın alıb və "ölkə iqtisadiyyatının inkişafının sürətləndirilməsi üçün konqlomerat yaratmaq fikrində olduğu"nu bəyan edib.

"İranda heç bir təşkilat "Setad"ı sorğu-sual etmək, onun əmlakını yoxlamaq hüququna malik deyil", - 2010-cu ildə İranı tərk edən və o vaxtdan bəri Almaniyanın Hamburq şəhərində yaşayan vəkil Nağı Mahmudi deyib.
 

Bu ilin iyun ayında ABŞ-ın Maliyyə Nazirliyi "Setad"ın və bu təşkilatın bir sıra korporativ holdinqlərinin hesablarına həbs qoyub.

"Setad"ın ictimaiyyətlə əlaqələr üzrə baş direktour Həmid Vaezi isə Reuters-in araşdırmasını "qərəzli, gerçəkdən çox uzaq" adlandırıb: "ABŞ-ın Maliyyə Nazirliyinin ittihamları ilə əsla razı deyilik. Bu məsələ ilə məşğul olmağı amerikalı vəkillərə həvalə edəcəyik".

"Setad"ın varidatına gəldikdə isə Reuters hesab edir ki, təşkilatın 52 milyard dəyərində daşınmaz əmlakı, 43 milyard dollar dəyərində korporativ holdinqləri var.
 

"Təşkilatın pullarından ayətullah Xameneyinin şəxsi məqsədləri üçün istifadə etməsi barədə heç bir konkret məlumat yoxdur. Lakin bu təşkilat ona böyük qüdrət verir. "Setad" vasitəsilə ayətulla Xameneyi 1979-cu ildə devrilmiş İran şahının varidatına bərabər maliyyə resurslarına nəzarət edir", - Reuters-in araşdırmasında deyilir.
 

Milli.Az

Xəbərin mənbəyi: Khamenei controls massive financial empire built on property seizures 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.