Video

İdman stilli Mercedes-Benz - VİDEO

31 Mart 2014 22:54
0 Şərh     Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mercedes A45 AMG kapotu altında çox güman ki, dünyada ən güclü dörd silindrli mühərrik yerləşir. Heçbek 360 at gücü və 450 Nm fırlanma anı ilə öyünə bilər. Aerodynamics Package paketiylə avtomobil daha yaraşıqlı olub. Buna siz təqdim edilən videoda əmin ola bilərsiniz.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Youtube istifadəçisi 93Ichbinich Aerodynamics Package paketi geyindirilmiş Mercedes A45 AMG-nin çəkildiyi videoçarx təqdim edib. Avtomobil WRC stilində işlənmiş qazların xaric edilməsi sisteminə malikdir. Nəticədə 2,0-litrlik M133 çox əla səslənir.

Xatırladaq ki, güclü mühərrik yalnız gözəl səslənmə üçün deyil. Onunla Mercedes A45 AMG 4,6 saniyə ərzində yerindən 100 km/saata qədər sürətini artıra bilər. Maksimal surət 250 km/saat həddində elektron məhdudlaşdırılıb. Müəlliflərin dediyinə görə yanacağın orta məsrəfi 100 kilometrdə 7,1 litr təşkil edir, amma heçbekin gücünü və onun idmançı xasiyyətini nəzərə alsaq, deyəsən, benzin daha sürətli tükənəcək.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.