Seriallar

"Muhteşem yüzyıl"dakı yaralar: bəs gerçək necə idi? - FOTO

4 Aprel 2014 14:28
1 Şərh     Baxış: 4 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"ın 130-cu seriyasında Mihrimah Sultan yuxudan oyananda sinəsində böyük, qırmızı ləkələr görür. Onun bədənində güclü qaşıntılar başlanır.
 

Aktrisa Pelin Karahanın oynadığı Mihrimah Sultanın həkim Pedro (aktyor Burak Sağyaşar) ilə yaxın münasibətlər qurması əri Rüstəm Paşanı çox narahat edir.
 

Həkimin dediyinə görə, yaralar zəhərlənmə nəticəsi deyil. Lakin bu yaraların yoluxucu olub-olmaması bəlli deyil.

Mihrimah Sultan Qanuni Sultan Süleyman və Hürrəm Sultanın qızıdır.
 

Bəs gerçək necə olub, Mihrimah Sultan nədən və nə zaman ölüb?

1522-ci ildə doğulmuş Mihrimah Sultan 1539-cu ildə Rüstəm Paşaya ərə verilmişdi.1566-cı ildə Qanuni Sultan Süleyman vəfat edəndən sonra Mihrimah Sultanın kiçik qardaşı 2-ci Səlim taxta çıxdı.
 

Mihrimah Sultanın qardaşına təsiri çox böyükdü və bu nüfuz onun həyatının sonunadək zəifləmədi.

Anası Hürrəm Sultan təki, o da Polşa kralı 2-ci Ziqmund Avqustla yazışırdı.
 

Üstəlik, Mihrimah Sultan çox böyük sərvət sahibi idi.

O, qardaşıoğlu 3-cü Muratın hakimiyyəti dönəmində, 1578-ci ildə vəfat etdi.
 

Mihrimah Sultan atası Qanuni Sultan Süleymanın Süleymaniyyə məscidindəki türbəsində, atasının yanında dəfn olunub.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.