Seriallar

Məryəm Üzerli üzr istədi, amma...

7 Aprel 2014 12:10
1 Şərh     Baxış: 2 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən populyar teleserialı "Muhteşem yüzyıl"dakı Hürrəm Sultan rolundan sonra fenomenal populyarlaşan türk aktrisa Məryəm Üzerli Facebook profilinin oxucularından üzr istəyib.
 

Milli.Az bildirir ki, aktrisa ötən həftə Facebook-da yazmışdı: "Budda buddist, İsa xristian, Məhəmməd müsəlman deyildi. Onlar sevgi öyrədən müəllimlər idi. Onların dini sevgi idi".

Bu status çox sərt qarşılanmış, tənqid olunmuşdu.
 

M.Üzerli Facebook-dakı profilində yazıb: "Əgər kiminsə xətrinə dəydimsə, üzr istəyirəm. Paylaşdığım mesaj ilə olay yaratmaq yox, sevgimi çatdırmaq istədim. Xeyli insan yanlış anladı. Bunu istəmədim. Allaha çox inanıram və əsla sayğısızlıq etmək istəmərəm. Çünki hər kəsə sayğım sonsuzdur. Sevgilər..."
 

Lakin bu gün aktrisa bildirib ki, fikrində qalır və hesab edir ki, dünyadakı bütün səmavi dinlər sevgi üzərində qurulub. O, istənilən formada radikalizmə qarşı olduğunu vurğulayıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.