Türkiyənin gənc və populyar aktyorlarından olan Kıvanc Tatlıtuğ 6 ay əvvəl motosikletdə qəzaya düşmüşdü. Həmin qəzadan sonra o, anasına söz verərək bir daha motosiklet sürməyəcəyini demişdi. Amma o, vədini pozub.
Milli.Az AHT-yə istinadən bildirir ki, baş rolda oynadığı "Kurt Seyit və Şura" teleserialının bir neçə seriyasının Rusiyada aparılmış çəkilişlərindən dönən K.Tatlıtuğ dünən İstanbulun Etiler səmtində Harley-Davidson markalı "çopper" tipli motosikletində idi.
Aktyor 30 min dollara aldığı motosikletini 10 min dollar xərcyələyərək tam modifikasiya etdirib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.