Seriallar

Azərbaycanlı aktrisa məşhur türk serialında

26 Mart 2014 14:05
11 Şərh     Baxış: 12 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son rolu "Görüş günü kadınları" teleserialında olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə indi Türkiyənin Kanal D telekanalında ən yüksək reytinqlərə nail olmuş "Küçük ağa"ya dəvət alıb.
 

Nəsrin bu teleserialda "vəkil Başak" rolunu oynayacaq.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, aktrisanın dediyinə görə, karyerasında ilk dəfə teleseriala lap əvvəldən qatılmır.
 

"İlk dəfədir başıma belə iş gəlir. Əslində, yüksək reytinqə malik seriala nadir hallarda "ortada" kənardan aktyor dəvət olunur. Lakin Türker İnanoğlu dedi ki, çoxdan aktrisa arayırmış. Mən də təklifi qəbul etdim. Berlində idim, "Kuzu" filminin nümayiş olunduğu Berlin Film Festivalına qatılmışdım. Orada aldım təklifi", - N.Cavadzadə deyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.