Seriallar

Məşhur türk aktyoru həbs gözləyir

17 Mart 2014 12:29
0 Şərh     Baxış: 2 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Fox TV telekanalında nümayiş olunmuş "Lale devri" teleserialında "Necip Bey" rolunu oynamış Kenan Bal məhkəməyə verilib.

Həmin teleserialda "İkbal" rolunu oynayan aktrisa Gül Onatın dediyinə görə, K.Bal onu döyüb.


Milli.Az AHT-yə istinadən bildirir ki, Kenan Bal ilə Gül Onat çəkiliş meydançasında dava salmışdılar.


Kenan Bala qarşı cinayət işi açılıb. Onu 2 il 4 aydan 5 ilədək həbs gözləyir.


"Bu adamla barışmaq niyyətində deyiləm. Onun ağır cəza almasını tələb edirəm", - Gül Onat deyib.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.