Seriallar

Memati danışdı: "Qızıma icazə vermədim"

17 Mart 2014 13:53
0 Şərh     Baxış: 2 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kurtlar vadisi" serialındakı Memati rolu ilə məşlhurlaşmış aktyor Gürkan Uyğun Birləşmiş Ərəb Əmirliklərinin MBC4 telekanalındakı "Türki Extra" proqramının qonağı olub.


Milli.Az DHA-ya istinadən bildirir ki, proqramın aparıcısı Liana Dahduhun suallarını cavablayarkən G.Uyğun deyib: "Serial nümayiş olunmağa başlayanda hansı yaş qrupu üçün nəzərdə tutulduğu ekranda yazılırdı. Amma uşaqlar da baxırdılar. Mən isə qızıma zorakılıq və atışma səhnələrinə baxmasına icazə vermədim. Özüm də sakit insanam. Həyatımda cəmi bir-iki dəfə dava etmişəm".


L.Dahduhun "İstanbulda mafiya varmı?" sualına cavab verərkən G.Uyğun bildirib ki, mafiya 10 il əvvəl, "Kurtlar vadisi" yeni başlayanda çox güclü idi.
 

"O güc artıq qalmayıb. İnsanlar ədalətin olmadığı ölkədə yaşayırlarsa, dövlət qurumlarından ədalət tapmırlarsa, onda problemlərini həll etmək üçün mafiyaya üz tuturlar. Çox şükür, bunlar qalmadı. Lakin ədalət sistemimizin mükəmməlləşdiyini deyə bilmərəm. Xeyr, belə olmadı", - G.Uyğun deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.