Seriallar

Ruslar "Hürrem sultan"ı ağlatdılar - VİDEO

11 Mart 2014 11:49
0 Şərh     Baxış: 3 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xanım pərəstişkarlar hazırladıqları videoçarxda öz arzu və sevgilərini əllərində tutduqları kağıza yazaraq nümayiş etdiriblər

"Muhteşem yüzyıl"ın Hürrəm sultanı kimi tanınan aktrisa Məryəm Üzərliyə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə rusiyalı fanatları videoçarx hazırlayıb hədiyyə ediblər.

Anspress-in xəbərinə görə, ötən ay övladını qucağına alan aktrisanı pərəstişkarları sevindirməkdə davam edirlər. Belə ki, aktrisanın Rusiyada yaşayan sadiq fanları ona "8 Mart" hədiyyəsi ediblər.

Xanım pərəstişkarlar hazırladıqları videoçarxda öz arzu və sevgilərini əllərində tutduqları kağıza yazaraq nümayiş etdiriblər.

Elə həmin gün "Youtube" videoplatformasına yüklənən video-arxa 8 minə yaxın baxış olub. Məryəm Üzərli də həmin görüntüləri izlədikdən sonra kövrəlib. O, hisslərini sosial şəbəkədə bu cür bildirib:

"Bu video məni ağlatdı. Vauu, çooooox sağ olunnnn - Allahım, çoooox şirin və sevgi doludur! Sizi çox sevirəm! Öpücüklər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.