İdman

“11 qol hücumçu üçün gülməli rəqəmdi” – Roman Qriqorçuk

29 Aprel 2017 19:13
0 Şərh     Baxış: 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bu matç bizim üçün turnir cədvəli baxımından o qədər də əhəmiyyətli olmasa da, meydana az-az çıxan futbolçularımız üçün vacib oyun idi. Onları meydanda görmək və informasiya almaq imkanımız oldu. Bunun üçün çox şadam".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Azərbaycan Premyer Liqasının sonuncu turunda səfərdə "Sumqayıt"la qarşılaşan "qırmızı-qaralar" 1:2 hesablı məğlubiyyətə üzülüblər.
 
Oyun başa çatdıqdan sonra fikirlərini bölüşən ukraynalı çalışdırıcı bombardirlik yarışında olan xorvatiyalı Ozobiçi meydana buraxmamsına da aydınlıq gətirib: "Bu gün biz şəxsi uğurları yox, komandanı düşünürük. Gənc oyunçuları iş başından görmək daha vacib idi. Digər yandan isə 11 qol hücumçu üçün çox gülməli rəqəmdi. Ona görə də mən istəmərəm ki, oyunçum belə az qolla bombardir olsun. Bir şeyi qeyd edim, özüm üçün bir statistik göstərici hazırlamışam. Məlum olub ki, bu matça qədərki 27 oyunda biz düz 142 dəfə real, 100%-lik qol vəziyyətini boşa vermişik. Ozobiçin özünə qalanda isə bilmirəm dəqiq nə qədər idi, ancaq əgər şanslardan 1/3-ni istifadə edə bilsəydi, indi şəriksiz lider idi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.