İdman

Azarkeşlər ilin simvolik komandasını seçdi

5 Yanvar 2017 23:16
1 Şərh     Baxış: 2 350
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA azarkeşlərin seçimi əsasında formalaşmış ötən ilin simvolik komandasını təqdim edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə qurum öz saytı vasitəsilə xəbər yayıb.

2016-cı ilin rəmzi komandasında ən çox oyunçu ilə "Real" təmsil olunub. "Kral klubu"nun heyətindən 4 futbolçu azarkeşlərin etimadını qazanıb.

Maraqlıdı ki, Kriştiano Ronaldo karyerası ərzində 11-ci dəfə simvolik yığmaya düşə bilib. Portuqaliyalının əzəli rəqibi Lionel Messidə isə bu göstərici 8-ə bərabərdi.

Azarkeşlərin seçimi əsasında formalaşmış komandanı təqdim edirik.

Qapıçı: Canluici Buffon ("Yuventus", İtaliya)

Müdafiəçilər: Serxio Ramos ("Real", İspaniya), Cerard Pike ("Barselona", İspaniya), Jerom Boatenq ("Bavariya", Almaniya), Leonardo Bonuççi ("Yuventus", İtaliya)

Yarımmüdafiəçilər: Andres İnyesta ("Barselona", İspaniya), Toni Kroos ("Real", İspaniya), Luka Modriç ("Real", İspaniya)

Hücumçular: Lionel Messi ("Barselona", Argentina), Kriştiano Ronaldo ("Real", İspaniya), Antuan Qrizman ("Atletiko", İspaniya)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.