İdman

"Totti Maykl Cordana bənzəyir"

26 Sentyabr 2016 14:21
2 Şərh     Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın tanınmış futbol mütəxəsisi Arriqo Sakki "Roma"nın əfsanəsi Françesko Totti barədə danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Sakki iki dəfə onu transfer etməyə çalışması və buna nail ola bilməməsindən söhbət açıb.

"Qeyri-adi keyfiyyətlərə malik oğlandır. Onu həmişə bəyənmişəm. İtaliya millisindən "Milan"a gedəndən sonra onu transfer etməyə çalışdım. "Real Madrid"in idman direktoru olanda Zidan tezliklə karyerasını başa vuracağını bildirdi. Klub prezidenti Florentino Perezin yanına gedib dedim ki, Zidanı yalnız Totti ilə əvəz etmək olar. Amma Françesko yenə "Roma"nı tərk etmək istəmədi. Totti hər zaman komanda üçün oynayıb. Qollar vurmağı da yaxşı bacarır. Cərimə zərbələri, məhsuldar ötürmələr, hücumları tamamlamaq onun işidir. Tottidə Maykl Cordanın dəqiqliyi var. Totti daha çox şey edə bilərdi. Zdenek Zeman onun potensialını üzə çıxarmağı bacarırdı. Amma Totti daha mühafizəkar məşqçilərə də rast gəldi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.