İdman

Şahmatçımız Türkiyədə birinci oldu

4 İyul 2015 17:03
1 Şərh     Baxış: 793
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəki şahmatında bir ilk yaşanıb. "KANAL S" (Region TV) xəbər verir ki, 9 yaşlı şahmatçımız Türkiyədə Azərbaycan bayrağını qaldırb, himnini səsləndirib. Süleyman Süleymanlının bu uğuruna qardaş ölkə mətbuatında da geniş yer verilib.

Şəki şahmat məktəbinin yetirməsi Süleyman Süleymanlı Türkiyədə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Ümumilikdə 680 nəfər şahmtaçının mübarizə apardığı turnirdə Süleyman 9 yaşlı oğlanlar arasında yarışıb. Bu yaş qrupunda 120 zəka sahibi qüvvəsini sınayıb. 9 oyun keçirən Süleyman onlardan 7-sini qələbə ilə başa vurub və  mötəbər turnirdə Azərbaycanın yeganə qızıl  medalını qazanıb. Süleymanın bu uğuru Şəki ilə qardaşlaşmış şəhər olan Konyanın mətbuatında geniş yer verib. Yerli mətbuatda "qardaş şəhərin çempionu" adlı məqalə dərc edilib.

Süleymanın bu uğuru heç də təsadüfi deyil. Belə ki, bundan öncə Azərbaycan çempionatının qalibi, həmçinin dünya çempionatında 3-cü yer qazanan gənc zəka sahibindən məşqçiləri medal gözləyirdilər.

Sonda onu da qeyd edək ki, bu uğurdan sonra Süleyman gələn il keçiriləcək dünya çempionatına vəsiqəni özü üçün təmin edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.