İdman

Maldini klub yaratdı

21 May 2015 12:40
0 Şərh     Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi İtaliya futbolçusu Paolo Maldini klub yaradıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, MP&Silva şirkətinin sahiblərindən olan Rikkardo Silva ilə birgə ABŞ-da "Mayami" klubunu təsis edib. Sözügedən klub yeni mövsümdən Amerikanın ikinci liqasında yarışacaq.

Maldini ABŞ-da futbolun inkişaf edəcəyinə inandığını deyib: "Bu klubun sahiblərindən biri olduğum üçün qürur hissi keçirirəm".

Qeyd edək ki,  Maldini 25 illik futbolçu karyerası şərəfini qoruduğu "Milan"la 5 dəfə Çempionlar Liqasını, 7 dəfə isə İtaliya A Seriyasının kubokunu qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.