İdman

"Bakı"nın Qeyrəti cəzalandı

5 May 2015 13:24
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXXII turunun oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb.
 

"Neftçi" - "Sumqayıt" matçının 45-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Nikolas Kanales 2 oyunluq cəzalanıb. Çilili hücumçunun hərəkəti "Neftçi"nin 2000 manat cərimələnməsi ilə nəticələnib.

"Xəzər Lənkəran"la qarşılaşmanın 60-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Qeyrət Əliyevin cəzası nisbətən yüngül olub. "Bakı"nı 200 manat ziyana salan futbolçu 1 oyunluq kənarlaşdırılıb.
  

"Qəbələ" - "Qarabağ" matçının 12-ci və 90-cı dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunmasına görə "qırmızı-qaralar" 1000 manat cərimə olunublar. Oyunun 87-ci dəqiqəsində qonaqların azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün "Qarabağ" 2000 manat ödəməli olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.