Ermənilər azərbaycanlı futbolçunu qətlə yetirdilər - YENİLƏNİB - TƏFƏRRÜAT - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
15:04
Rusiya İstintaq Komitəsi Yekaterinburqda azərbaycanlı, 27 yaşlı Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb.
APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovski rayonunun Alpinistlər küçəsində yerləşən kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emin Hüseynov adlı azərbaycanlının bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub.
Aparılan araşdırmalara zamanı məlum olub ki, insident zamanı daha bir nəfər yaralanıb. Adı açıqlanmayan həmin şəxs mübahisə edənlərin yanında olub.
Hadisənin məişət zəminində baş verdiyi müəyyənləşib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyatla 1992-ci il təvəllüdlü bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Adı açıqlanmayan həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.
Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya qətldə şübhəli bilinən şəxsin milliyətcə erməni Tiqran Çiçakyan olduğunu bildirib: "Şahidlər hadisə baş verən zaman Tiqranın qardaşı Andranikin də orada olduğunu söyləyiblər. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlamışdı. Bir nəfər barəsində isə axtarış vermişdi. Son olaraq, Tiqran Çiçakyan adlı şəxs barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslər isə sərbəst buraxılıb".
--------
14:20
Ermənilərin azərbaycanlı futbolçu Emil Hüseynovu vəhşicəsinə öldürməsinin təfərrüatı məlum olub.
Milli.Az-ın məlumatına görə, Sverdlovsk vilayətində fəaliyyət göstərən "Azərbaycan" ictimai birliyinin sədr Şahin Şıxlinski vesti.az-a bildirib ki, hadisə aprelin 19-da saat 04:30-da baş verib.
"Çkalovsk rayonunun Alpinistlər küçəsi 57 ünvanında Azərbaycan restoranı var. Həmin gün soydaşlarımız orada ad günü qeyd edirdilər. 6 erməni masa sifariş verirlər. Restoranda isə Azərbaycan musiqisi eşidilir. İçkili ermənilər azərbaycanlılardan birini "razborka" üçün küçəyə çağırır və təhqir etməyə başlayırlar. Ermənilər həmin restorana bıçaq və dəyənəklə silahlanaraq gəlmişdilər. Dava zamanı ermənilərdən biri Emilin ürəyindən bıçaqla vurub. Bundan sonra isə maşına oturaraq qaçıblar", - o əlavə edib.
Şıxlinskinin sözlərinə görə, Yekaterenburqun Azərbaycan diasporu ayağa qalxaraq hüquq mühafizə orqanlarından qatilin cəzalanmasını tələb ediblər.
"Hüquq mühafizə orqanları vədlərini yerinə yetiriblər. Ötən gün 6 ermənidən 5-i saxlanılıb. Emilin qohumlarına bu barədə məlumat verilib. Digər erməninin də saxlanılması üçün işlər görülür", - o əlavə edib.
--------
14:10
Azərbaycanlı sabiq futbolçu Emil HüseynovunRusiyanın Yekaterinburq şəhərində qətlə yetirilməsinin təfərrüatları məlum olub.
Anspress-in məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərinin Alpinistlər 57 ünvanında yerləşən kafeyə ermənilər hücum çəkiblər. Onlar stol arxasında əyləşənlərin üzərinə düşərək onları döyməyə başlayıblar. Şahidlərin sözlərinə görə, dava nəticəsində xəsarət alanlar olub. Emil Hüseynova isə yivaçanla ("otvyortka") zərbələr endirilib. O, təcili tibbi yardım maşınında dünyasını dəyişib. Dava iştirakçısı 5 nəfər saxlanılıb.
----------
12:32
Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.
Milli.Az saytının report-a istinadən məlumatına görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilərlə dava zamanı bıçaqlanıb.
Hadisə dünən baş verib. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib.
O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib.
Milli.Az
---------
14:20
Böyütmək üçün şəkillərə klikləyin.




DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?
-
Sentyabrın 16-da hava dəyişir - Bəzi rayonlara yağış və dolu düşəcək
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - (Video/Foto)
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır





